Tovuz rayonunda qohumlar arasında dava düşüb, xəsarət alan var. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Köhnə Qala kəndində baş verib. Hələki məlum olmayan səbəblərdən qohumlar arasında mübahisə baş verib. Nəticədə, 29 yaşlı Sevinc Hidayət qızı Allahverdiyeva qardaşının qaynı tərəfindən döyülüb.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, qadın 6 aylıq hamilədir.
Faktla bağlı araşdırma aparılır.