Modern.az

Yevlaxda ağır qəza: 3 yaralı

Yevlaxda ağır qəza: 3 yaralı

Aktual

2 Avqust 2018, 00:14

Yevlax rayonunda baş verən avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb. Modern.az "Report"a istinadən Xaldan yolunda "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobil toqquşub. Yol qəzası  nəticəsində, Səmədov Rəvan Kəmil oğlu (1984), Mehdiyev Bəylər Ceyhun oğlu (1999) və Xalidli Rüfət Allahyar oğlu (1997) müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı