Modern.az

Bu məntəqələrdə pozuntu olub – MSK açıqladı

Bu məntəqələrdə pozuntu olub – MSK açıqladı

Aktual

26 Dekabr 2019, 10:55

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, ümumilikdə 20 seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

 

Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri bələdiyyə üzrə 20 məntəqəyə aiddir: “Bu da 0.5 faizdən bir az çox deməkdir. Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı on faiz, 16-sı bir faiz edir. Doqquz bələdiyyə isə yarım faizdən bir az çoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı