Bakıda keçirilən “Formula-2” üzrə yarışda ilk qəza baş verib.
Modern.az xəbər verir ki, birinci sərbəst yürüş zamanı “Trident” komandasının pilotu Marina Sato 15-ci döngədə səddə dəyərək idarəetməni itirib. Nəticədə bolidinin təkəri sıradan çıxıb və pilot yarışı dayandırıb.
Bu hadisənin ardınca “MP Motorsport” komandasının pilotu Lirim Zendeli 3-cü döngədə idarəetməni itirib. Belə ki, onun bolidində yaranmış problem pilotun çıxışı dayandırmasına səbəb olub.