Modern.az

“Kollektiv immunlaşma mütləqdir!” - Baş infeksionist

“Kollektiv immunlaşma mütləqdir!” - Baş infeksionist

Aktual

4 İyun 2021, 14:34

“Son vaxtlar COVID-19-yn yeni ştammları yayılıb. Xüsusilə Böyük Britaniya ştammının yoluxduruculuğu daha sürətlidir. Ona görə də virusun lokallaşdırılması üçün əhalinin 60-80 faizi vaksinasiya olunmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyininn baş infeksionist Təyyar Eyvazov deyib.

Baş infeksionistin sözlərinə görə, əhali sıxlığı az olan ərazilərdə bu rəqəmin daha az olması mümkündür:

“Ona görə də kollektiv immunlaşma mütləqdir. Bunun əsas əhəmiyyətlərindən biri də budur ki, bəzi insanlarda əks göstərişlər olduğu üçün vaksinasiya oluna bilmir. Kollektiv immunlaşma ilə bu cür vaksinasiya oluna bilməyən insanları da qorumuş olarıq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı