Modern.az

Ermənistandan keçən 4 transərhəd çayımız çirkləndirilir

Ermənistandan keçən 4 transərhəd çayımız çirkləndirilir

Aktual

4 İyun 2021, 15:28

“Ermənistan ərazisindən keçən 4 transərhəd çayımızda müharibədən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin nəticələri göstərir ki, çirklənmə normadan çox yüksəkdir”.

Modern.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini  Vüqar Kərimov deyib.

 

V.Kərimov qeyd edib ki, Oxçuçay daha çox çirklənməyə məruz qalıb:

“Ermənistan tərəfdə bu çayın yatağında yerləşən iki mədənin çirkab suları bu çaya axıdılır. Həmin çayın biomüxtəlifliyin tam məhv olma ərəfəsindədir. İşğal nəticəsində ətraf mühitə, təbii ehtiyatlara deyil, su ehtiyatlara ziyanlar dəyib və bu ziyanlar davam edir.

Torpaqlarımızın azad olunması həmin ərazilərin monitorinqinə şərait yaradıb ki, nəticədə yerli və xarici mütəxəssislər monitorinqlərə başlayıb. Həmin ərazilərdə qiymətləndirmələr aparılır. Ərazidə fauna və floraya dəymiş ziyanlar müəyyən edilir, məhv edilən yaşıllıqların ərazisi dəqiqləşdirilir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı