Taylandda Çulalonqkorn Universitetinin tədqiqatçıları peyvəndləri şüşələrinə avtomatik dolduran robot hazırlayıblar.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
“AutoVacc” adlanan sistem dörd dəqiqədə 12 doza “AstraZeneca” peyvəndi doldura bilər.
Universitetin tədqiqatçıları deyir ki, normalda insanlar əl ilə dörd dəqiqədə 10 doza doldura bilir. Buna görə robotlar əlavə 20% artıq peyvəndin hazırlanmasına kömək edəcək.
Akif İsmayılov