Tayvanın cənub-qərb hissəsində 4,9 maqnitudalı zəlzələ olub.
Modern.az xəbər verir ki, yeraltı təkanların episentri Haosyun liman şəhərindən 83 kilometr şimal-şərqdə, ocağı isə 12,3 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, 23 milyondan çox əhalisi olan Tayvan Şərqi Asiyanın ən seysmik aktiv zonalarından birində yerləşib.