Modern.az

Əks göstəriş sertifikatı alanların sayı AÇIQLANDI

Əks göstəriş sertifikatı alanların sayı AÇIQLANDI

Aktual

1 Sentyabr 2021, 13:22

"Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur".

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır:

 

"Avqust ayının 9-dan bugünə qədər ümumilikdə 313 nəfərin müraciətinə müsbət cavab verilib və həmin şəxslər artıq əks göztəriş sertifikatı alıblar".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı