Modern.az

ABŞ-ın hərbi helikopteri qəzaya düşdü

ABŞ-ın hərbi helikopteri qəzaya düşdü

Aktual

1 Sentyabr 2021, 13:58

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid helikopter Kaliforniya sahillərində qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi Donanmasının “Twitter” səhifəsində yayılıb.

 

Qeyd olunub ki, “MH-60S” helikopteri Kaliforniya ştatının San Dieqo sahillərindən təxminən 60 dəniz mili məsafədə uçuş edərkən qəzaya düşüb.

 

Qəza baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı təşkil edilib.

 

Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı