“Reanimasiyada yatan xəstələrin demək olar ki, 95 faizi peyvənd vurdurmayan şəxslərdir”.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev "COVID-19-un ev şəraitində müalicəsi" mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, peyvənd bizi xəstəliyin ağır gedişindən qoruyur: “Vaksinin insanı xəstəliyin ağır gedişindən qoruması bəzən 100 faizdir”.