Modern.az

250 gənc “Nur”-a müraciət edib

250 gənc “Nur”-a müraciət edib

Aktual

30 Noyabr 2012, 12:31

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Iteca Caspian” MMC-nin təşkilatçılığı ilə 28-30 noyabr 2012-ci il tarixdə “Bakı Ekspo” sərgi kompleksində keçirilən Gənclər təşkilatlarının IV Respublika sərgisində “NUR” Uşaq və Gənclərin İctimai Birliyi uğurla iştirak edir. Belə ki, “NUR” UGİB-in stendi sərgidə ən çox ziyarət olunan təşkilatlardandır.

Sərgidə təşkilatın fəaliyyətinə dair ümumi məlumat, yaranma tarixi, məqsəd və vəzifələri, təltif olunduğu yüksək mükafatlar, son illərdə həyata keçirilmiş layihələr, o cümlədən, Azərbaycan Uşaqlarının I Forumu, "Uşaqların göy qurşağı: HİV/AİDS maarifləndirməsi paytaxtdan regionlara" layihəsi, “Fiziki qüsuru olan gənclərin sosial inklüzivliyi və cəmiyyətə inteqrasiyası” Layihəsi, “Mənim Azərbaycanım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün yay düşərgəsi, "Mənim hüquqlarım" - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi, Kiber Gənclər Layihəsi, “Ətraf mühit üçün Yaşıl Yeriş Marafonu” barədə ətraflı məlumat verilib. Sərgidə təşkilatın fəaliyyətinə dair 3000-dən çox informasiya materialları paylanıb.

“NUR” UGİB-in uşaq üzvləri tərəfindən xüsusilə sərgi üçün adi parça və pambıqdan hazırlanmış “Xoşbəxtlik quşları” sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgidə 250-yə yaxın gənc “NUR”-un üzvü olmaq üçün müraciət edib.

Qeyd edək ki, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi uşaqların təşəbbüsü ilə 1999-cu ildə yaradılıb və 30 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilatın başlıca missiyası uşaq və gənclərin sosial, iqtisadi, mədəni sahələrdə problemlərin həlli və onların maarifləndirməsidir. “NUR” UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008-ci ildən etibarən 4 dəfə “Staying Alive Award” mükafatı ilə təltif olunub.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı