Modern.az

Keçmiş baş nazir vəfat etdi

Keçmiş baş nazir vəfat etdi

Aktual

14 Yanvar 2022, 08:37

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu 91 yaşında vəfat edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş baş nazir bazar günü, yanvarın 9-da vəfat edib. Ölümün səbəbləri barəsində məlumat verilmir.

 

Toşiki Kayfu 1989-cu ilin avqustundan 1991-ci ilin noyabrına qədər baş nazir vəzifəsində çalışıb. O, özünümüdafiə qüvvələrinin bölmələrinin xaricdə yerləşdirilməsini təsdiqləyən Yaponiya hökumətinin ilk rəhbəri oldu.

 

Hərbi qulluqçular Körfəz müharibəsindən sonra mina təmizləmə əməliyyatlarında iştirak edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı