Modern.az

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Aktual

14 Yanvar 2022, 09:28

"Ağcabədi rayonu “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb".

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:

 

“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı