Modern.az

Filippindən peyvənd qadağası

Filippindən peyvənd qadağası

Aktual

16 Yanvar 2022, 08:44

Yanvarın 17-dən başlayaraq, Filippində COVID-19-a qarşı tam peyvənd olunmayanlar daxili aviareyslərə buraxılmayacaqlar.

 


Modern.az Filippin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə direktiv Filippin Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilib. Sənədin “Philippine Airlines” (PAL), “Cebu Pacific” və “AirAsia” aviaşirkətlərinin reyslərinə şamil edildiyi qeyd edilir.

 


Bildirilir ki, daxili aviareyslərdən istifadə etmək istəyən sərnişinlər peyvəndin hər iki dozasını almaları barədə yerli hakimiyyət orqanları tərəfindən verilən sənəd və ya peyvənd kartının rəqəmsal versiyasını təqdim etməlidirlər.

 


Bu qadağanın peyvəndə qarşı əks göstəriciyə malik olan Filippin sakinlərinə və səhiyyə müəssisələrində çalışanlara tətbiq olunmayacağı qeyd edilir. Bununla yanaşı, onların müvafiq sənəd təqdim etməli olduqları bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı