Modern.az

Tramp: "Ağ Evi geri alacağıq"

Tramp:

Aktual

16 Yanvar 2022, 10:14

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ Evə qayıdacaqlarına söz verib.

 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, eks-prezident Donald Tramp Arizonada keçirilən mitinqdə belə  deyib: “2024-cü ildə biz Ağ Evi geri alacağıq”.

 

 

Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.

 

 

Bu arada, 2020-ci ildə ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından irəli sürülən və Donald Trampa məğlub olan Ted Kruz prezidentlik ambisiyalarını açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden də öz növbəsində bildirib ki, Trampın iştirak perspektivi yalnız hazırkı prezidentin yenidən namizəd olmaq şansını artırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı