Modern.az

19 rus təyyarəsi Qazaxıstanı tərk etdi

19 rus təyyarəsi Qazaxıstanı tərk etdi

مورد توجه

16 Yanvar 2022, 12:59

Rusiya sülhməramlılarını və texnikasını daşıyan 19 təyyarə Qazaxıstandan Çkalovski aerodromuna gəlib. 

 


Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

 


"Rusiya Aerokosmik Qüvvələrinin 19 hərbi-nəqliyyat təyyarəsi KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Rusiya sülhməramlıları ilə birlikdə Qazaxıstandan Moskva yaxınlığındakı Çkalovski aerodromuna gəlib". 

 


Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Alma-Atada polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub.

 

 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı