Rusiyada son sutka ərzində daha 29 230 nəfər koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 803 534 nəfərə çatıb.
Son sutka ərzində 686 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 321 320 nəfərə çatıb.