İranın yerli xəbər agentlikləri və sosial şəbəkələrdəki yazılara görə bazar günü səhər tezdən İranın qərbindəki bir sıra şəhərlərdə güclü partlayışlar eşidilib.
Modern.az xəbər verir ki, lakin partlayışların hansı səbəbdən olduğu bilinməyib.
Baş verən bir neçə oxşar insidentdən sonra səlahiyyətlilər bildiriblər ki, İran ordusu İsrail və ABŞ ilə gərginliyin artması fonunda elan olunmamış hava hücumundan müdafiə təlimləri keçirir.
Asadabad şəhərinin qubernatoru deyib ki, “dəhşətli səs” eşidilib, lakin onun mənşəyi bəlli deyil:
“Əvvəlcə bunun hava şəraiti ilə əlaqədar tufan səsi olduğu düşünülsə də, bu ehtimal istisna edilib”.
“Twitter”də yayımlanan videoda zenit silahından gəldiyi görünən partlayışlar əks olunub.
İran və İsrail arasında gərginlik artmaqdadır, Tehran isə dünya gücləri ilə 2015-ci ildə İranın nüvə sazişini xilas etmək üçün Vaşinqtonla dolayı danışıqlar aparır.
İsrail liderləri isə İranı hərbi əməliyyatla hədələyiblər. İslam Respublikası öz növbəsində nüvə ambisiyalarının sülhməramlı olduğunu bildirib.