Modern.az

Ukraynada iki soydaşımız saxlanıldı

Ukraynada iki soydaşımız saxlanıldı

Current

16 Yanvar 2022, 18:33

Ukrayna Milli Qvardiyasının hərbçiləri Donbasda təmas xəttinə yaxın ərazidə iki Azərbaycan vətəndaşını saxlayıblar.


Modern.az xəbər verir ki, Ukrayna DİN-nin yaydığı məlumata görə, təmas xəttindən bir kilometr aralıda, Luqansk vilayətindəki müşahidə məntəqəsində Milli Qvardiyanın hərbçiləri iki Azərbaycan vətəndaşını saxlayıblar.

 

Yoxlama zamanı məlum olub ki, onlardan birinin Ukraynada qalma müddəti yanvarın 10-da başa çatıb, digəri isə Ukrayna ərazisində qanunsuz yaşayır. Həmin şəxslərin əvvəllər azadlıqdan məhrum edildikləri də müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı