Modern.az

"Yeni körpü yükdaşımaların artımına xidmət edəcək" - NAZİR

مورد توجه

25 Yanvar 2022, 18:43

İranla Azərbaycan arasında Astaraçay üzərindən yeni körpünün tikintisi yükdaşımaların artımına xidmət edəcək.

 

Modern.az xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı deyib.

 

"Astara (İran) - Astara (Azərbaycan) sahəsində körpünün olmaması böyük növbələrin yaranmasına gətirib çıxarır. Yeni körpünün tikintisi bu sahədə problemlərin həllinə kömək edəcək. Həmçinin, yeni körpü yükdaşımaların artımına xidmət edəcək. Bu il ərzində həm Astara terminalının, həm də avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır", - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı