Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Azadxan Adıgözəlov dünyasını dəyişib.
Bu barədə Modern.az-a universitetdən məlumat verilib.
A.Adıgözəlov uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Azadxan Adıgözəlov Səfərxan oğlu 1940-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. O, 1992-ci ildə Azərbaycan pedaqoqu, pedaqogika üzrə elmlər doktoru, 1993-cü ildə professor adlarına layiq görülüb. 2013-cü ildə Almaniyanın Honnover şəhərində Beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilib və həmin Akademiyanın ordeni ilə təltif olunub.
