Bu gün saat 20:00-də Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası önündə “Avropaya doğru” adlı mitinq keçiriləcək.
Modern.az xəbər verir ki, mitinq "Utanc" hərəkatı tərəfindən təşkil olunacaq.
Bildirilib ki, bu gün mitinq iştirakçılarının bəziləri parlamentin qarşısında gecələyəcək. Təşkilatçılar baş nazirin istefasını və Milli Razılıq Hökumətinin qurulmasını tələb edirlər.