Modern.az

Üç piyadanı maşın vurub öldürdü

Üç piyadanı maşın vurub öldürdü

Aktual

31 Oktyabr 2022, 09:58

Həftəsonu 3 piyada yol qəzasının qurbanı olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilibş

 

Qeyd edilib ki, hadisələrdən ilki oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.

 

Analoji hal oktyabrın 30-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Fatmayı kənd sakini S.Orucov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə o, hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı