Modern.az

Diplomatiya müstəvisində növbəti qələbə

Diplomatiya müstəvisində növbəti qələbə

Aktual

20 Fevral 2023, 10:54

Azərbaycan Prezidentinin çıxışlarında, keçirdiyi görüşlər çərçivəsində, açıqlama və müsahibələrində səsləndirdiyi fikirlər növbəti dəfə dünyanın xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı ən nüfuzlu forumunun - Münxen Təhlükəsizlik Konfransının tarixində önəmli yerlərdən birini tutacaq hadisəyə çevrildi.  


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, dövlətimizin başçısının beynəlxalq platformalardakı çıxışlarının dünyanın nüfuzlu media resurslarının və beyin mərkəzlərinin diqqət mərkəzində olmasının səbəblərindən biri də İlham Əliyevin öz xalqının, dövlətinin maraqlarını qətiyyətlə müdafiə etmək, həqiqətləri olduğu kimi, müqayisəli və tutarlı faktlarla dilə gətirmək bacarığıdır: 


“Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın bütün informasiya manipulyasiyalarına, siyasi təzyiq elementləri ilə müşaiyət olunan davranışlara, pafoslu bəyanatlara, yumşaq və aqressiv təhdidlərə rəğmən öz mövqeyindən bir addım da geriyə çəkilməyəcəyini, əksinə öz haqlı mövqeyini qorumaq, bölgədə sülhü və əminamanlığı təmin etmək üçün irəliyə doğru addımlayacağını və bunun üçün bütün potensiala malik olduğunu bir daha təsdiqlədi”. 

 

Azər Kərimli bildirib ki, Prezident İlham Əliyev ona ünvanlanan suallara cavablarında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsi, ərazilərimizdə yaşayan etnik erməni azlığı ilə bağlı bütün məsələlərə aydınlıq gətirib:


“Dövlətimizin başçısı öz nitqində bildirdi ki, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Bu baxımdan, hər kəs Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etməlidir. Bu, Prezident İlham Əliyevin Ermənistanın baş nazirinin və digər rəsmilərin, dünyanın aparıcı media resurslarının iştirakı ilə keçirilən paneldə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan etnik erməni azlığı ilə bağlı bütün məsələlərin dövlətimizin daxili işi olduğunu, Azərbaycan Konstitusiyasından kənar hər hansı bir yanaşmanın qəbul edilməyəcəyinin aydın və imperativ şəkildə diqqətə çatdırılması, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipinlərinə əsaslanan tələbi kimi qəbul olunmalıdır. Ermənistanın baş naziri, mahiyyət etibarilə bu tələbin qarşısında heç bir tutarlı fikir səsləndirə bilmədi və ortaqlıda olan gerçəklikdən, reallıqdan yan keçməklə, qırıq-qırıq, kimsənin anlaya bilməyəcəyi ifadələrlə həqiqətin qarşısında təslim olduğunu nümayiş etdirdi”.


Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bir daha Azərbaycanın haqlı mövqeyini bütün dünyaya nümayiş etdirdi: “Bu baxımdan, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında etidiyi çıxışları qalib ölkənin liderinin Zəfər yürüşünün diplomatiya müstəvisindəki növbəti təntənəsi kimi dəyərləndirilə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı