Modern.az

Rəşad Nəbiyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb

Rəşad Nəbiyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb

مورد توجه

2 Mart 2023, 12:22

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə aviasiya, dəmir yolu nəqliyyatı və bulud texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə həyata keçirilə biləcək prioritet layihələr barədə müzakirələr aparılıb.

 

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, mövcud infrastruktur, telekommunikasiya və İKT sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı