Modern.az

İranda 900-ə yaxın məktəbli zəhərlənib

İranda 900-ə yaxın məktəbli zəhərlənib

Aktual

2 Mart 2023, 17:38

İranda 900-ə yaxın məktəbli qız zəhərlənib.

 

Modern.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri deyib.

 

Onun sözlərinə görə, indiyədək ölkənin müxtəlif əyalətlərində 900-ə yaxın şagird zəhərlənib:

 

“Hesab edirəm ki, İslam Şurası Məclisinin sədri Milli təhlükəsizlik və xarici siyasət komissiyasına bu məsələnin kəşfiyyat orqanları, habelə Səhiyyə və Təhsil nazirliklərinin məsul şəxsləri ilə birlikdə araşdırılması ilə bağlı tapşırıq verilməlidir. Bu problemin mənbəyi qısa vaxtda müəyyən edilməlidir ki, insanların narahatlığına son qoyulsun”.

 

Qeyd edək ki, son günlər İranda məktəbli qızların qəsdən zəhərləndirilməsi ilə bağlı müxtəlif iddialar dolaşmaqdadır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı