Modern.az

Sülhməramlıların daha üç maşını aksiya ərazisindən keçib

Sülhməramlıların daha üç maşını aksiya ərazisindən keçib

Aktual

2 Mart 2023, 21:26

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

 

Həmçinin sülhməramlıların bir minik avtomobili də Laçına gedib.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı