Modern.az

İcra başçısı şəhid ailələri ilə görüşdü

İcra başçısı şəhid ailələri ilə görüşdü

Aktual

11 Mart 2023, 09:08

İcra başçısı Goranboyun Yəhərçi Qazaxlar kəndində Şəhidlər Xatirə Abidəsini ziyarət edib, şəhid ailələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə Yəhərçi Qazaxlar kəndində Şəhidlər Xatirə Abidəsini ziyarət edib, şəhidlərimizin xatirəsinə ehtiramını bildirib. Sonra Vətən Müharibəsi şəhidimiz Alıyev Laçın Rasim oğlunun anası Məlahət Cavadovanın evində  şəhid ailələri ilə çay süfrəsi arxasında səmimi söhbət aparıb, onların sosial qayğıları ilə maraqlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı