Modern.az

Biz bu yardıma görə çox minnətdarıq - İsraildəki səfirimiz

Biz bu yardıma görə çox minnətdarıq - İsraildəki səfirimiz

Aktual

11 Mart 2023, 22:11

İsrail 2020-ci ildə Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi uğrunda apardığı müharibədə Azərbaycana kömək edib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ölkənin aparıcı telekanalı olan "Kanal 12"yə müsahibəsində bildirib.

 

O qeyd edib ki, İsrail Azərbaycanla təcrübə mübadiləsi aparıb və müasir texnologiyalar satıb. "Biz bu yardıma görə çox minnətdarıq və müharibədən sonra Azərbaycanın müxtəlif bölgələrində İsrail bayraqlarının görünməsi çox simvolikdir", - deyə diplomat vurğulayıb.

 

İran təhlükəsi ilə bağlı sualı cavablandıran Muxtar Məmmədov əlavə edib ki, Azərbaycan regionda sülhün qorunması üçün əlindən gələni edir. O, həmçinin qeyd edib ki, Bakı Tehrandan Azərbaycan səfirliyində törədilən terror aktının araşdırılmasını və günahkarların cəzalandırılmasını gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı