Polşa Ukraynada davam edən müharibə fonunda Avropanın ən böyük quru ordusunu qurur.
Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.
Qeyd olunur ki, ölkə ÜDM-in 4%-ni müdafiəyə xərcləməyi planlaşdırır. Bu, NATO-nun tələbindən iki dəfə çoxdur. Polşa NATO daxilində adambaşına düşən müdafiə xərclələrinə görə birinci ölkə olacaq.
Modernləşdirmə proqramı çərçivəsində ABŞ-dan 250 yeni tank, 18 HIMARS raket sistemi, 96 ədəd döyüş helikopteri, Cənubi Koreyadan 1000 döyüş tankı, 600 özüyeriyən artilleriya qurğusu, 288 ədəd raket sistemi, 48 ədəd təlim təyyarəsi alınacaq.
Polşa silahların alınması üçün 2035-ci ilə qədər 117 milyard dollardan çox pul xərcləyəcək. Ölkə ordunun sayını isə 2 dəfə, yəni 300 min nəfərə qədər artırmaq niyyətindədir. Nəşr bunu “Polşa ordusunda inqilab” adlandırıb.