Modern.az

Həbsdə olan şəxsin gizlətdiyi qumbara aşkarlandı

Həbsdə olan şəxsin gizlətdiyi qumbara aşkarlandı

Aktual

27 Mart 2023, 13:50

Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb.

 

Penitensiar Xidmətdən Modernaz-a verilən məlumata görə, müalicə müəssisəsinin əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kənd qəbiristanlığında qohumlarının qəbirlərinin yaxınlığında olan ağacın yanında torpağa basdıraraq gizlətdiyi 1 ədəd partlayıcısı ilə birlikdə “RQD-5” əl qumbarası aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı