Modern.az

MiQ-21 qırıcısı qəzaya uğradı

MiQ-21 qırıcısı qəzaya uğradı

Dünya

25 Avqust 2021, 21:05

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə nəticəsində pilot sağ qalıb.

 

Qeyd edək ki, bununla da il ərzində Hindistanda qəzaya uğrayan MiQ-21 döyüş təyyarələrinin sayı 4-ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı