Norveçdə casusluq təhlükəsi və təhlükəsizlik rejiminin pozulması səbəbindən məşhur ictimai tualet fəaliyyətini dayandırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin "ən gözəl mənzərəsinə malik" tualeti statusunu daşıyan obyekt hərbi obyektə birbaşa baxışı olduğu üçün qapadılıb. Məlumata görə, həmin ayaqyolundan strateji əhəmiyyətli hərbi aviasiya bazasının ərazisi tamamilə aydın görünür.
Yerli hakimiyyət və təhlükəsizlik orqanları həmin nöqtədən hərbi sirlərin toplanması və ya casusluq məqsədilə istifadə edilə biləcəyi riskini nəzərə alaraq belə bir qərar qəbul ediblər. Turistlərin sevimli məkanı olan bu yer hərbi təhlükəsizlik tədbirləri çərçivəsində rəsmən möhürlənib.