Modern.az

CHP-də rüşvət qalmaqalı: 13 nəfər saxlanıldı

CHP-də rüşvət qalmaqalı: 13 nəfər saxlanıldı

Dünya

Bu gün, 10:45

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edilməsi iddiaları ilə bağlı aparılan təhqiqat çərçivəsində 7 əyalətdə genişmiqyaslı əməliyyat keçirilib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri icra olunub. İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada müəyyən edilmiş ünvanlara edilən basqınlar nəticəsində 13 şübhəli şəxs saxlanılıb. Sözügedən ünvanlarda axtarış və müsadirə prosesləri həyata keçirilib.

Saxlanılan şəxslərin "Siyasi Partiyalar Haqqında Qanunun pozulması", "rüşvətxorluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" maddələri ilə ittiham olunduğu bildirilir. Digər tərəfdən, Yüksək Seçki Qurumu (YSK) CHP-nin mövcud proseslərlə bağlı etdiyi tam hüquqi etibarsızlıq iddiasını rədd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı