Modern.az

Yayda hansı parçalardan olan paltarlar məqsədəuyğundur?

Yayda hansı parçalardan olan paltarlar məqsədəuyğundur?

Ölkə

3 Avqust 2010, 11:17

Havaların çox isti keçdiyi yay fəslində orqanizmi qorumağın yollarından biri də düzgün geyim forması seçməkdir. Mütəxəsisslər bildirilər ki, yayda mövsümə uyğun parçalardan tikilən paltarlara üstünlük vermək lazımdır.

İlk növbədə, açıq rəngli, pambıq və ya kətan parçadan  tikilmiş geyimlərə üstünlük verilməlidir. Çünki açıq rəngli paltarlar günəş şüalarını əks etdirir, tünd rəngli geyimlər isə günəş şüalarını udaraq, bədənin hərarətinin artmasına səbəb olur. Açıq rəngli baş örtüyündən istifadə etməklə də günəşin zərərli təsirlərindən qorunmaq mümkündür.

Həmçinin bədənə çox kip oturan paltarlardan, sintetik materialdan tikilmiş geyimlərdən istifadə edilməməlidir.
Yay fəslində ayaqqabı seçiminə də xüsusi fikir verilməli, mövsümə uyğun, ayağı sıxmayan, tərlətməyən ayaqqabılar geyinilməlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı