Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub. Amma bu dəfə düşmən sadəcə atışma ilə kifayətlənməyib, həm də təmas xəttini keçərək Milli Ordunun mövqelərinə doğru hücum edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, avqustun 31-də düşmən işğal etdiyi ərazilərimizdən Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücuma cəhd edərkən hərbçilərimizin güclü müqaviməti ilə qarşılaşıb. Nəticədə düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.
Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu və Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, V.Əmirov 1991-ci ilin aprelində İmişli rayon Hərbi Komissarlığından, P.Abdullayev isə həmin tarixsdə Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xitmətə çağırılıblar.
Modern.az