Modern.az

50-dək gənc tələbə olmaqdan imtina edib

50-dək gənc tələbə olmaqdan imtina edib

Ölkə

6 Sentyabr 2010, 12:41

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olunan abituriyentlər avqustun 20-dək sənədlərini daxil olduqları təhsil ocağına təqdim etməklə qeydiyyatdan keçməliydilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan etmişdi ki, həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. Göstərilən müddətin çoxdan başa çatdığını nəzərə alıb ali məktəbdə qeydiyyatdan keçməyənlərin olduğunu dəqiqləşdirmək üçün TQDK ilə əlaqə saxladıq.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə Modern.az saytına bildirdi ki, qeydiyyat müddəti bir dəfə uzadılsa da, bəzi abituriyentlər hansısa səbəblərdən qəbul olunduqları ali məktəblərə getməyiblər.

Belə ki, 50-ə yaxın abituriyent  ali məktəblərdə vaxtında qeydiyyatdan keçmədiklərinə görə, tələbə adı qazanmaq statusunu itirib. E.Nağızadənin sözlərinə görə, onlar əsasən özəl ali məktəblərə və xüsusi qabliyyət tələb edən ixtisaslara qəbul olunan gənclərdəir.

Xatırladaq ki, bu il ali təhsil müəssisələrindəki 30457 plan yerinə 28698 abituriyent qəbul olunub.

 

Vüqar Ağamalıoğlu

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı