Modern.az

Dövlət qulluqçuları üçün yuxarı yaş həddi müəyyənləşdirilir

Dövlət qulluqçuları üçün yuxarı yaş həddi müəyyənləşdirilir

Ölkə

16 Dekabr 2010, 14:47

Qanunvericilik üçün nəzərdə tutulan dəyişikliyə görə, bəlli bir yaşı çatan dövlət qulluğçusu məcburən pensiyaya göndərilməlidir

Azərbaycan parlamenti “Dövlət qulluğu haqqında” qanuna yeni dəyişiklik etmək niyyətindədir. Bu barədə Modern.az saytına Milli Məclisdən məlumat verilib. Qanuna ediləcək dəyişiklik ilk növbədə dövlət müəssələrində çalışan dövlət qulluqçuları üçün yuxarı yaş həddinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Milli Məclisdən Modern.az saytına daxil olan məlumata görə, parlamentin “Dövlət qulluğu haqqında” qanun üçün nəzərdə tutduğu dəyişiklikdə dövlət qulluqçuları üçün 65 yaşın yuxarı yaş həddi müəyyən edilməsidir.

Qeyd edək ki, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna görə, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ var.
Qüvvədə olan “Dövlət qulluğu haqqında” qanunda dövlət qulluqçuları üçün yuxarı yaş həddi müəyyən edilməyib. Yəni əmək qabiliyyətli dövlət qulluqçusu pensiya yaşı çatanda təqaüdə çıxmaq istəmirsə, fiziki imkanlarını nəzərə alaraq işləməyinə davam edə bilər. Onun məcburən pensiyaya göndərilməsinə qanun yol vermir.

“Dövlət qulluğu haqqında” qanunun 23-cü maddəsinə görə, dövlət qulluqçuları yaşı çatanda pensiyaya çıxırlarsa, onların pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.
Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüqııqıı olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı