Modern.az

Nərmin Hüseynli vəfat etdi

Nərmin Hüseynli vəfat etdi

Təhsil

10 Mart 2014, 17:37

 

Xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynli bu gün vəfat edib. Modern.az saytı bildirir ki,  bu  barədə onun bacısı Mehin Hüseynli öz Facebook  səhifəsində məlumat verib. “Mən artıq bacımı itirdim. Onun ölümündə o səhv edən həkim günahkardı! Onun ölümündə onu bu vəziyyetdə evə buraxan Milli Onkologiya Mərkəzi günahkardı!”-deyə M. Hüseynli yazıb.

Qeyd edək ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı. Bir neçə gün ərzində 25 min manatdan çox pul toplanıb.

Xatırladaq ki, N.Hüseynli leykemiyadan, qan xərçəngindən əziyyət çəkirdi.  

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı