
Milli Məclisin vitse-spikeri Bahar Muradova da Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirovla bağlı məsələyə münasibət bildirib.
“Bu mövzunun mahiyyəti mənə bəlli deyil. Onunla hüquq-mühafizə orqanları məşğul olur. Buna görə də sözügedən məsələyə şərh vermək, hər hansı fikir söyləmək istəmirəm. Rauf Mirqədirov mövzusu müvafiq qurumların işidir”.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.
Gültəkin ƏLƏSGƏR