Dörd Ermənistan vətəndaşı Moskvanın qərbindəki gözəllik salonlarından birində baş verən atışmada güllə yarası alıblar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, mayın 3-də yerli vaxtla saat 19:25-də E.Budanovo küçəsindəki salondakı vətəndaşlar arasında yaranan münaqişə zamanı onlardan biri hələ ki müəyyən edilməmiş tapançadan atəş açaraq aradan çıxıb. Bir ehtimala görə, atəş açanın məqsədi gözəllik salonunun sahibini qorxutmaq olub. İnsident zamanı güllə dörd Ermənistan vətəndaşından birinin kəllə-beyin xəsarəti almasına səbəb olub, onların hamısı xəsxəxanaya yerləşdiriliblər. Polisdən verilən məlumata görə, xəstəxanaya gətirilən ermənilərdən ikisi oranı özbaşına tərk etsələr də, sonradan saxlanılaraq dindirilmək üçün müfaviq polis bölməsinə aparılıblar.
Modern.az