Modern.az

Biri çayda, biri göldə boğuldu

Biri çayda, biri göldə boğuldu

Təhsil

5 May 2014, 13:15

Mayın 4-də Şəmkir rayonu Bayramlı kənd sakini Şəhriyar Hidayətli Kür çayının Şəmkir rayonunun ərazisindən keçən hissəsində çimərkən boğulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 4-də Hacıqabul rayonu 1-ci Udulu kəndində isə Rəvanə Qocayeva ehtiyatsızlıq nəticəsində süni yaradılan gölə düşərək boğulub. Hər iki şəxsin meyti sudan çıxarılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı