
Baş Prokurorluq hüquq müdafiəçisi Mətanət Əzizovanın evində aparılan axtarışla bağlı məsələyə aydınlıq gətirib.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb.
Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb.
Xatırladaq ki, axtarışların “Ayna-Zerkalo” qəzetinin dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunan siyasi icmalçısı Rauf Mirqədirovun işi ilə bağlı olduğu ehtimal edilir.
M.Əzizovanın həyat yoldaşı Eldar Əzizov da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ifadə verməyə çağırılıb.
M.Əzizovanın hazırda xaricdə olduğu bildirilir.
Modern.az