Modern.az

İlham Əliyev Prezident yanında Bilik Fondu yaratdı

İlham Əliyev Prezident yanında Bilik Fondu yaratdı

Təhsil

7 May 2014, 17:35


Moderna.az
xəbər verir ki, ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman verib.

Qeyd edilib ki, elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir.

Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalanıb.
Bu sənədlə “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilib Fondun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb ölkə başçısına təqdim etsin. Prezidenti yanında Bilik Fondunun xərclər smetası, ştat cədvəli və işçilərin aylıq vəzifə maaşları bir ay müddətində təsdiq edilib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı