UEFA prezidenti Mişel Platini FİFA prezidentliyi üçün keçiriləcək seçkilərdə iştirak etməyəcək. Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Fransa millisinin keçmiş futbolçusu bəyan edib ki, indiki vəzifəsində qalmağı arzulayır. Bundan əvvəl isə Platini bəyan etmişdi ki, FİFA-da dəyişiklik qaçılmazdır və prezident Yozef Blatterin yerinə seçilmək üçün mübarizə apara bilər. Hazırda Blatter də namizədliyini irəli sürməyib. FİFA prezidentliyinə seçkilər 2015-ci ilin may ayında keçiriləcək.