Argentina prezidenti Kristina de Kirşner hazırki paytaxt Buenos-Ayresin ölkənin mərkəzindən həddən artıq aralı olduğunu bildirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, xanım prezident bu səbəbdən ölkə paytaxtının yerinin dəyişdirilməsini vacib sayıb. De Kirşner Buenos-Ayersdən 965 kilometr məsafədə yerləşən Santyaqo-del-Esteronu yeni paytaxt görür.
“Biz paytaxtımızın haraya köçürülməsi barədə düşünməliyik. Ola bilsin ki, bu ölkənin mərkəzinə yaxın, bütün Argentina şəhərlərinin anası Santyaqo-del-Estero ola bilər”-deyə fikrini deyib.
Modern.az