Modern.az

Sabah Brayzanın Azərbaycana səfir təyinatı səsverməyə çıxarılacaq

Sabah Brayzanın Azərbaycana səfir təyinatı səsverməyə çıxarılacaq

Təhsil

2 Avqust 2010, 09:28

Avqustun 3-də Senatın  xarici əlaqələr komitəsində Metyu Brayzanın Birləşmiş Ştatlararın Azərbaycanda səfir  təyin olunması üzrə səsvermə keçiriləcək.  Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Senatın xarici əlaqələr komitəsinin sədri Con Kerri bildirib.

 

Amerika diaspor təşkilatları isə yenə də Brayzanın səfir təyin olunmasına etirazlarını bildirməkdədir. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan qeyd edib ki, “Brayzanın Azərbaycana səfir təyin olunması bizim narahatlığımızı təsdiq edir. Amerika diplomatiyası üçün başqa bir diplomatın səfir  təyin olunması daha effektiv ola bilərdi”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı