Modern.az

BMU tələbəsi magistratura imtahanında ikincisi olub

BMU tələbəsi magistratura imtahanında ikincisi olub

Təhsil

20 May 2026, 17:41

Dövlət İmtahan Mərkəzinin mayın 17-də keçirdiyi magistraturaya qəbul imtahanının II cəhdinin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi İsmayıl Əliyev yüksək nəticə göstərib. BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin  “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə sonuncu kurs tələbəsi İsmayıl Əliyev 91.5 bal toplayaraq respublika üzrə ikinci olub.

İsmayıl Əliyevin əldə etdiyi yüksək nəticə BMU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində həyata keçirilən keyfiyyətli tədris prosesinin və tələbələrin peşəkar hazırlığının göstəricisidir.

Gələcək təhsil planlarından danışan İsmayıl Əliyev magistr təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu bildirib. O, magistratura səviyyəsində “Bulud və şəbəkə infrastrukturu” ixtisası üzrə təhsil almağı
hədəflədiyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...