Modern.az

Qatar dənizə düşdü, ölən və yaralananlar var

Qatar dənizə düşdü, ölən və yaralananlar var

تحصیلات

3 Noyabr 2014, 14:56

Saxalinin cənubunda Xolmski rayonunun Krasnoyarsk kəndində relsdən çıxan qatar dənizə düşüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölən və yaralananlar var. Qatar Xolmskdan Çexov istiqamətinə gedirmiş. Faciə “102 kilometr” və “Krasnoyarsk” stansiyaları arasında baş verib. Ölənlərin sayı açıqlanmır, hadisə yerinə xüsusi xilasetmə dəstələri cəlb olunub. Faciəyə ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilib. Saxalində iki gündür qasırğa tüğyan edir.

    Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı